Xilasedicilərimizin bir hissəsi ölkəyə qayıtdı -

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir hissəsi bu gün təyyarə ilə ölkəmizə qayıdıb.

Metbuat.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı və səfirliyin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıb.

Səfir Cahid Bağçı Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR