Özbəkistan neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayır.

Metbuat.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və düşünürəm ki, bu proses tədricən inkişaf etdiriləcək", - Şavkat Mirziyoyev bildirib.