Türk futbolçu Avropa nəhənginə keçir -

İngiltərə Premyer Liqa təmsilçisi "Lester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Çağlar Söyüncü komandadan ayrılmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu mövsüm Premyer Liqada cəmi 2 matçda meydana çıxan Türkiyə millisinin futbolçusu "Lester Siti"də oynamaq şansı əldə edə bilmir. “Todofichajes” qəzetinin məlumatına görə, "Atletiko Madrid" Çağlar Söyüncü ilə razılıq əldə edib. İddialara görə, Çağlar Söyüncü "Atletiko Madrid" ilkin müqavilə də imzalayıb. Futbolçunun İspaniya komandasına ödənişsiz transfer olunacağı bildirilir.

Qeyd edək ki, “Altınordu” komandasından Almaniyanın "Frayburq" klubuna 7,9 milyon avroya transfer olan Çağlar Söyüncü, 2018-ci ildə 21 milyon avroya "Lester Siti"yə yollanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR