Britaniya ordusu İrana məxsus silahları ələ keçirdi

Britaniya Kral Donanması Oman sahillərində üzən gəmidən tank əleyhinə raketlər və ballistik raket hissələrinin ələ keçirildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, güman edilir ki, silahlar İrandan Yəmənə aparılırmış.Kral Hərbi Dəniz Qüvvələrinin açıqlamasına görə, ABŞ-ın kəşfiyyat təyyarəsi Oman körfəzində yük daşıyan kiçik gəmi müşahidə edib. Britaniya Hərbi Dəniz Qüvvələri Oman körfəzində gəmiyə müdaxilə edərkən, kapitan İranın ərazi sularına qayıtmaq istəyib. Lakin buna nail ola bilməyib. Britaniyalı əsgərlər tərəfindən gəmidə aparılan axtarışda İranda "Dehlaviye" adlandırılan tank əleyhinə raketlər və orta mənzilli ballistik raketlər üçün nəzərdə tutulmuş vasitələr ələ keçirilib.

Bildirilib ki, Britaniya ələ keçirilən silahlarla bağlı Birləşmiş Millətlər Təşkilatını məlumatlandırıb və Təhlükəsizlik Şurasının 2216 və 2231 saylı qətnamələrinə uyğun olaraq ələ keçirilən materiallarla bağlı BMT-ni araşdırmaya dəvət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR