Putin Ukraynanı Rusiyanın sərhədini pozmaqda ittiham etdi

Rusiya prezidenti Vladimir Putin müharibə başlayandan bəri ilk dəfə Ukraynanı sərhədi pozmaqda ittiham edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Ukraynanın təxribat qrupu Rusiya sərhədini keçərək kənddə dinc sakinlərə atəş açıb.

Qeyd edək ki, müharibə başlayandan bəri bu, Rusiyanın Ukraynaya qarşı sərhəd pozuntusu ilə bağlı ilk ittihamıdır. Rusiyanın Ukraynaya qarşı əvvəlki ittihamları raket və hava hücumları ilə bağlı olub.

"Ukraynalı diversantlar sərhəddəki Lyubeçane kəndinə daxil olaraq mülki avtomobilə atəş açıblar, nəticədə iki nəfər ölüb, 10 yaşlı uşaq yaralanıb", - Bryansk vilayətinin qubernatoru bildirib. Kiyev Rusiyanın iddialarını rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR