Bakıda silahlı basqın edənlərdən biri “Tarqovı”da saxlanıldı,

Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.

"Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir", - deyə nazirlikdən bildirilib.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisəni törədənlərdən biri “Tarqovı”da Fəvvarələr meydanında tutulub. Saxlanılan şəxs həmin ərazidəki evlərdən birində xanım tanışının yanında gizlənibmiş.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR