9 il əvvəl yoxa çıxan təyyarənin axtarışlarının bərpa edilməsi tələb edildi

Doqquz il əvvəl müəmmalı şəkildə yoxa çıxan Malayziya Hava Yollarına məxsus təyyarənin axtarışlarının bərpa edilməsi tələb edilib.

Metbuat.az xəbər verir ki, qəzada həyatını itirənlərin yaxınları Malayziya hökumətinə müraciət edərək, ABŞ-ın dəniz dibini araşdıran “Ocean Infinity” şirkətinə axtarışlar üçün icazə verilməsini istəyiblər. Qeyd edək ki, 2018-ci ildə Malayziya hökuməti Hind okeanının cənubunda yoxa çıxan təyyarəni axtarmaq üçün “Ocean Infinity” şirkəti ilə razılıq əldə edərək, təyyarəni tapacağı təqdirdə 70 milyon dollar vəd edib.

Razılaşmaya əsasən şirkət yalnız təyyarənin yerini müəyyənləşdirəndən sonra ödəniş ala biləcək. Lakin axtarışlar bir müddətdən sonra dayandırılıb. Təyyarənin bəzi qalıqlarına sahildə rast gəlinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR