"Whatsapp" yeni funksiya üzərində işləyir.
Metbuat.az xəbər verir ki, bundan sonra "WhatsApp"la naməlum nömrələrdən zəng gələrsə, bu zənglər səssiz formada olacaq. Bu funksiya aktivləşdikdən sonra naməlum nömrələrdən gələn bütün zənglər səssiz olacaq. Lakin istifadəçilər zənglər siyahısında həmin zəngləri görə biləcəklər.
Bu addımın atılmasına səbəb "Whatsapp"da dələduzluq hallarına qarşı tədbir görməkdir. İstifadəçi naməlum zəngi anında açmayacaq, bu da istifadəçinin sonradan nömrəni analiz etməsinə köməklik göstərəcək.
Bu funksiyanın nə vaxt aktiv olacağı bəlli deyil.