Azərbaycanda ətin qiyməti niyə qalxır?

"İnsanlar yarım milyon artıb, heyvanlar bir milyon azalıb. Daha dəqiq: Son 10 ildə kənd təsərrüfatı heyvanlarının sayı son 10 ilin ən aşağı həddinə düşüb".

Metbuat.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert eldəniz Əmirov deyib:

"Statistika Komitəsi bildirir ki, 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xirdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub. Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon, xırdabuynuzlu heyvanların sayı isə 8,67 milyon idi. Toplasaq görərik ki, 7 il ərzində heyvan sayı bir milyon baş azalıb. Əhali sayı isə 2016-ci illə müqayisədə 500 mindən çox artıb. 9,7 milyondan artaraq 10,2 milyonu keçib. Beləcə ölkəmizdə insanların sayı son 7 ildə yarım milyon artmış, heyvanlar sayı isə bir milyon azalıb".

O qeyd edib ki, Azərbaycanda heyvanların sayının azalmasının səbəbləri çoxdur: "Başlıca səbəb yem məhsulları amilidir, o cümlədən örüş sahələrinin azalması məsələləridir. Cəmi 20 il əvvəl biçənək və örüş-otlaq sahələri 2 678 000 hektar idi. Amma 2021-ci ildə örüş-otlaq sahələri 2417000 hektara enib, yəni 261 000 hektar azalıb. 261 min hektar heyvandarlıq üçün çox böyük sahədir".

Qeyd edək ki, son günlər Azərbaycanda ətin qiymətində artım müşahidə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR