8 Mart necə bayrama çevrildi? -

Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü kimi bayram edilir.

Metbuat.az xatırladır ki, 8 Mart bayramı fəhlə hərəkatındən yetişib və amerikan kökləri var.

1908-ci ildə 15 qadın iş gününün qısaldılması, əməkhaqqının artırılması və səsvermə hüquqları tələbi ilə Nyu-Yorkda nümayişə çıxıb. Ertəsi il Amerika Sosialist Partiyası fevralın son bazar gününü Zəhmətkeş Qadınlar Günü kimi tanımağı təklif edib.

1910-cu ilin avqustunda tanınmış Almaniya sosial-demokratiya xadimi Klara Setkin Kopenhagendə konfransda Qadın Bərabərliyi və Emansipasiyası uğrunda Beynəlxalq Mübarizə gününü təsis etməyi təklif edib. 17 ölkədən yüzə yaxın konfrans iştirakçısı təşəbbüsü yekdilliklə dəstəkləyib. 1911-ci ildə onu ilk dəfə Almaniya, Avstriya-Macarıstan, Danimarka və İsveçrədə qeyd ediblər.

Clara Zetkin looks to the camera

Klaara Setkin

Hər şeyin başlanğıcı olan Nyu-York nümayişi fevralın 28-də olub. Klara Setkin konkret tarix deməyib. Qadınlar günü ilk dəfə Prussiyada 1848-ci il Mart İnqilabı ilə əlaqədar martın 19-da bayram edilib. Sonra müxtəlif ölkələrdə Qadınlar Gününü martın 2-si, 9-u və 12-si martda, eləcə də 2-si və 12-si mayda qeyd ediblər.

8 mart tarixi beynəlxalq solçu hərəkatına Rusiyadan gəlib. 1917-ci ildə bu gün Petroqradda "Çörək və sülh" tələbi ilə Vıborq rayonu toxuma fabrikləri işçi qadınlarının sonradan inqilaba çevrilmiş tətili başlayıb. Bir həftə sonra imperator taxtından imtina edib. Sovet hakimiyyətinin ilk illəri Vıborq toxucu qadınları çarizmin devrilməsinin ilk təşəbbüsçüləri kimi alqışlayırdılar. Sonradan Fevral inqilabı bolşevik Oktyabr inqilabının kölgəsində qalıb və bu hal SSRİ-də nəzərə çarpdırılmayıb.

1975-ci ildə BMT Baş Assambleyası martın 8-ni qadınların bütün həyat sahələri və bərabərsizlik qalıqlarına qarşı etirazda nailiyyətlərinin bayram etmə günü elan edib.

Beynəlxaq Qadın Gününün rəngi bənövşəyi hesab edilir, çünki ləyaqət və ədaləti simvolizə edir.

Dünya ölkələri bu günü müxtəlif formada qeyd edir. Belə ki, Rusiyada martın 8-i istirahət günüdür. Qadınlara hədiyyələr və gül bağışlayırlar. Bayram ərəfəsi üç-dörd gündə gül satışı ikiqat artır. Çində qadınların iş günü səkkiz saat əvəzinə dörd saat olur, lakin Çin Xalq Respublikası Dövlət Şurasının bu tövsiyəsi qanun deyil və işverənlərin bir qismi buna əməl etmir. İtaliyada martın 8-də küsdümağacı gülü hədiyyə edirlər. Bu ənənə İkinci Dünya müharibəsindən sonra Romada meydana gəlib, bunun mənbəyi məlum deyil. ABŞ-da mart qadınlar tarixinin ayı sayılır. Hər il prezident bəyanatla çıxış edib Amerika qadınlarının nailiyyətləri və əməyinə haqq qazandırır.

Həmçinin ölkəmizdə də 8 Mart qeyri-iş günüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR