Faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi G.Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib.
Metbuat.az xəbər verir ki, məktəbli Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə onun doğmalarını və kənd sakinlərini sarsıdıb.
Kənd sakinləri hadisə ilə bağlı Baku TV-yə danışıblar.
"Uşaq faciəli şəkildə dünyasını dəyişib. Onu əslində, xalası böyütmüşdü. Üç il əvvəl xalasını da qatar vurdu və o, dünyasını dəyişdi. Dünən qızın ölüm xəbərini eşidəndə çox pis olduq", - deyə sakinlərdən biri bildirib.
Sakinlərin sözlərinə görə, məktəblinin doğma anası onu körpə yaşlarından xalasının himayəsinə verib və o, xalasının yanında böyüyüb. 2023-cü ildə isə xalası faciəli şəkildə həyatını itirib. Bundan sonra məktəblinin Bakıya gələrək anası ilə yaşadığı bildirilir.