Xəbər verdiyimiz kimi, "Avroviziya-2023" Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək. Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.
Metbuat.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Tural və Turan qardaşları əslən Zaqatala rayonundandılar.
Onlar qeyd ediblər ki, musiqi məktəblərinə getməyiblər. İlk dəfə fortepiona ilə məktəbdə tanış olublar. Hər şeydə elə məktəbdən başlayıb.
"Avroviziya-2023"ə qatılmalarından danışan, qardaşlar qeyd edib ki, İTV-nin elanını gördükdən sonra mahnılarını müsabiqə üçün göndəriblər.
Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.