Kiyevdə partlayışlar baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Kiyevin bələdiyyə sədri Vitaliy Klichko açıqlama verib. Məlumata görə, Rusiya Ukraynanın müxtəlif şəhərlərinə hücumlar təşkil edib. Həmçinin, Xarkov valisi Oleg Sinegubov Rusiya qüvvələrinin şəhərə hücum etdiyini açıqlayıb. Onun sözlərinə görə, düşmən təxminən 15 hücum təşkil edib. Odessanın qubernatoru Maksim Marçenko da Ruisyanın raket hücumları nəticəsində mülki infrastukturların hədəfə alındığını qeyd edib.
Ukraynanın bir çox yerində hava hücumu həyəcanı siqnalı eşidilib. Ölənlərin olduğu deyilib.