"Növbəti ay ərzində Ukraynada kritik vəziyyət olacaq" -

Növbəti altı ay Ukraynadakı münaqişə üçün kritik olacaq”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uliyam Börns edib.

Börns Konqresin komitə iclasında bildirib ki, kəşfiyyat məlumatlarına əsasən növbəti bir neçə ay Ukraynadakı döyüş meydanında kritik vəziyyət olacaq.

Qeyd edək ki, xarici KİV daha əvvəl ABŞ administrasiyasının müəyyən nümayəndələrinin F-16 qırıcılarının Ukrayna ordusuna təhvil verilməsi üçün lobbiçilik etdiyini yazmışdı. Eyni zamanda, ABŞ prezidenti Co Bayden onların Kiyevə çatdırılıb-çatdırılmayacağı ilə bağlı suala “yox” cavabını verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR