Oğlu Baloğlan Əşrəfovun vəsiyyətnaməsini ilk dəfə AÇIQLADI -

MərhumBaloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov atasının vəsiyyətini açıqlayıb.

Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, bu barədə o, "Günün sədası" verilişində danışıb.

Peyman valideynin xəstəxanada dünyadan köçməzdən bir neçə saat əvvəl axşam saat 20:00-21:00 radələrində votsap vasitəsi ilə göndərdiyi səs yazısını canlı efirdə dinlədərək, göz yaşlarına qərq olub.

O bildirib ki, atası sanki öləcəyini bilirmiş və buna görə ailə üzvlərinə zəng edərək sonuncu dəfə onlarla sağollaşaraq, "halallaşıb".

B.Əşrəfov göndərdiyi səs yazısında Peymana bu sözləri dilə gətirib:

"Balam, yaman qorxuram. Bu dəfə Allah məni çox istəyir və məni öz yanına aparmaq istəyir. Nə isə yat, narahat olma. Allah balalarını saxlasın. Evin böyüyü sənsən. Hər şey qanunla belə olmalıdır. Narahat olma, ev sənin üstündədir".

Qeyd edək ki, iki il əvvəl COVID-19-a yoluxan B.Əşrəfov aprelin 26-da dünyasını dəyişib. Mərhum müğənni doğulduğu Masallı rayonunun Bədalan kəndində torpağa tapşırılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR