Sadəcə bir vasitə ilə saçların tökülməsini dayandırın

Saç tökülməsi gənc və ya yaşlı olmasından asılı olmayaraq bir çox insanın üzləşdiyi problemdir.

Metbuat.az evdə saç tökülməsinin qarşısını ala biləcək müalicəvi resepti təqdim edir. Bu müalicəni tətbiq edərkən ən vacib məqam saçınızın təmiz olmasıdır. Buna görə də duşdan çıxanda və ya saçınızı yuyandan sonra tətbiq etməlisiniz.

10-15 mixək

1 stəkan su

Qabın içinə 1 stəkan su tökün. Sonra üzərinə 10-15 mixək əlavə edin. Bir neçə dəqiqə qaynadın. Qaynadandan sonra bir neçə dəqiqə dəm almasını gözləyin. Soyuduqdan sonra mixək suyunu saç dibinə sürtün. Tətbiq edəndən dərhal sonra saç köklərinizin təravətləndiyini hiss edəcəksiniz. Bu üsuldan bir ay istifadə edə bilərsiniz.

Birinci həftədə hər gün, ikinci həftədə günaşırı, növbəti həftədə 3 gündən bir, son həftədə isə 4 gündə bir tətbiq edin. Bu müalicə həmçinin nazik saçlara həcm verəcək.

Bu müalicəni tətbiq etməklə yanaşı, qidalanmanıza və vitaminlərinizə də diqqət yetirməyi unutmayın.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR