“Ermənistan rəhbərliyi yeni avantüraya həvəslənib” -

“Nikol Paşinyan bugünkü brifinqdə bizim Qərbi Azərbaycanlıların öz yurd yerlərinə qayıtması haqda təklifimizi "Ermənistana qarşı torpaq iddiası" və özləri üçün "qırmızı xətt" kimi dəyərləndirib. Qarabağdakı haylara gəldikdə bu zat onların "hüquq və təhlükəsizliklərinin beynəlxalq format çərçivəsində təmini"ni tələb edir”.

Metbuat.az xəbər verir ki, bunu deputat Sahib Alıyev Paşinyanın keçirdiyi mətbuat konfransında Azərbaycanla bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

“İkinci Qarabağ savaşında sanki zəfər çalmış tərəf ədasıyla Xankəndiyə, Laçın yoluna beynəlxalq missiyanın göndərilməsi kimi daha bir neçə sərsəmləmədən sonra ardınca bildirir ki, regionda vəziyyət gərginləşəcək.

Prezident Administrasiyasının Qarabağdakı haylara növbəti görüş təklifindən də görünür ki, biz bunda qətiyyən maraqlı deyilik. Azərbaycan vəziyyətin gərginləşməsində maraqlı olmadığı halda Paşinyan onun anonsunu verirsə, demək ki, kimsə Ermənistan rəhbərliyini yeni avantüraya həvəsləndirir. Bu, Türkiyə mediasında Qarabağa 4 min terrorçu göndərməyi planlaşdırdığı bildirilən İran və Fransa ola bilər”- deputat qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR