"Turan Tovuz"un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinə dəvət alıb.

Klubdan Metbuat.az-a verilən məlumata görə, 32 yaşlı müdafiəçi Liberiya ilə keçiriləcək Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin oyunları üçün yığmaya cəlb olunub.

Qarşılaşmalar müvafiq olaraq, martın 24-ü və 28-də baş tutacaq.