Telefondakı oyunda futbolun sirlərini öyrənib məşqçi oldu -

Fransa Liqasında uğurlu çıxışı ilə seçilən “Reyms” klubu, baş məşqçisi Vayl Still üçün hər oyuna görə 25 min avro cəza ödəyir.

Metbuat.az xəbər verir ki, klubun cəza ödəməsinin səbəbi baş məşqçinin Pro lizenziyasının olmamasıdır. Bildirilir ki, klub uğurlu oyun nümayiş etdirdiyinə görə, rəhbərlik məbləği ödəməyə razılıq verib. Məlumata görə, “Reyms” onun baş məşqçiliyi altında son 19 oyunda məğlub olmayıb. Hazırda “Reyms” 43 xalla 8-ci pillədədir. Vayl Still kluba gəlməzdən əvvəl “Reyms” sonuncu yerlərdə idi. Vayl Stillin Pro lizenziyasının olmamasının maraqlı səbəbi var. Belə ki, 30 yaşlı məşqçinin buna qədər futbolla əlaqəsi olmayıb. O, “Football Manager” oyunu oynayandan sonra məşqçi olmağa qərar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR