Türk klubunun Poqba sevdası reallaşır -

İtaliyanın "Yuventus" klubu futbolçusu Pol Poqba ilə vidalaşır. Metbuat.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Bildirilir ki, Turin təmsilçisi cari mövsümün sonunda fransalı yarımmüdafiəçiyə azad agent statusu verəcək. Tez-tez zədələnən 30 yaşlı oyunçunun "Qoca sinyora" ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Pol Poqba bu mövsüm "Yuventus"da iki oyunda cəmi 35 dəqiqə meydanda olub. Türkiyə mediasının məlumatına görə, Poqba ilə “Qalatasaray” klubu maraqlanır. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, menecerlərin Poqbanı "Qalatasaray"a təklif etdiyi iddia edilir. "Qalatasaray"ın maliyyə məsələləri yaxşı olarsa transferə razılıq verdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR