Hökumət məclisdə hesabat verir

Milli Məclisin bu gün iclası keçirilir.

Metbuat.az xəbər verir ki, iclasın gündəliyinə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabat daxil edilib.

Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti 2022-ci ildəki fəaliyyətinə dair hesabat verir.

Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatı Baş naziri Əli Əsədov təqdim edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR