Çin gəmiləri Yaponiya ərazisinə daxil oldu

Çinin sahil mühafizə gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiyanın ərazi sularına daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın rəsmi mənbələri məlumat verib. Bildirilir ki, Yaponiya ərazisinə daxil olan gəmilər Yapon balıqçı gəmilərinə yaxınlaşıblar. Yaponiyanın Sahil Mühafizəsi balıqçı gəmilərinin təhlükəsizliyini təmin edib. Çin gəmilərinə bölgəni tərk etmələri barədə xəbərdarlıq edilib. Məlumata görə, təkcə bu il ərzində Çin 9-cu dəfədir Yaponiya sərhədini pozur.

Qeyd edək ki, Yaponiyanın "Senkaku”, Çinin isə "Diaoyu" adlandırdığı arxipelaq 5 ada və 3 qayadan ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR