“ABŞ Ukrayna böhranının həllinin açarıdır” -

"Ukrayna münaqişəsinin həllinin açarı Çinin deyil, ABŞ və Aİ ölkələrinin əlindədir".

Metbuat.az xəbər verir ki, bu barədə Çinin “Global Times” nəşrinin məqaləsində yazılıb. Müəlliflərin fikrincə, Çin sədri Si Cinpinin Rusiyaya martın 20-22-nə planlaşdırılan dövlət səfəri, digər məsələlərlə yanaşı, həm də sülh naminə səfər olacaq.

"Çin Moskva ilə Kiyev arasında kommunikasiya körpüsü qurmağa qadir olan bir neçə böyük dövlətdən biridir. Münaqişə nəticəsində hər iki tərəfin çıxılmaz vəziyyətdə olduğu düşünülərsə, Çinin dəyəri böyükdür"- deyə məqalədə qeyd olunub.

Nəşrin müəllifi yazır ki, Çin münaqişənin nə səbəbkarı, nə də tərəfi deyil. Böhrana dərindən qarışan ABŞ və Qərb ölkələridir. Onlar əməkdaşlıq etmək əvəzinə çətinliklər yaratmağa davam etsələr, danışıqlar prosesini təşkil etmək üçün kiminsə səylərinin səmərəli olacağı ehtimalı da azdır.

Qeyd edək ki, Çinin sədri Si Cinpin martın 20-22-də Rusiyaya dövlət səfəri edəcək. Bu, onun üçüncü müddətə yenidən seçilməsindən sonra ilk dövlət səfəri olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR