Azərbaycanda skeletləşmiş qadın meyiti

Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsindəki evlərdən birində bədən səthində xəsarət olmayan, təxminən 35-40 yaşlarında, tanınmaz halda skeletləşmiş qadın cinsli meyit aşkar olunub.

İlkin araşdırmalara görə meyit əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olmuş 1984-cü il təvəllüdlü Allahverdiyeva Şəhla Hüseyn qızına məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR