Luvr fəaliyyətini dayandırdı

Luvr muzeyi bu gün səhərdən etibarən fəaliyyətini dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə muzeyin rəsmi tviter səhifəsində məlumat verilib.

Qeyd olunub ki, muzey əməkdaşları Fransa Prezidenti Emmanuel Makronun ölkədə pensiya islahatının həyata keçirilməsi haqda verdiyi qərarın ləğvi tələb ilə tətilə başlayıblar.

Xatırladaq ki, Fransa hökuməti ötən həftə, parlamentdə səsvermə keçirilmədən, ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmaq barədə qanun layihəsini qəbul etmək üçün müraciət etdikdən sonra insanlar küçələrə axışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR