İsveç və Azərbaycan milli komandalarının start heyətləri açıqlandı -

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turunda üz-üzə gələcək İsveç və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, İsveç millisinin start heyətində Robin Olsen, Viktor Lindelöf, Hyalmar Ekdal, Linus Valkvist, Qabriel Qudmundsson, Samuel Qustafsson, Mattias Svanberq, Emil Forsberq, Deyan Kuluşevski, Viktor Dyekereş və Aleksander İsak yer alıblar.

Azərbaycan yığmasının heyətində isə meydana Emil Balayev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Höccət Haqqverdi, Riçard Almeyda, Emin Mahmudov, Aleksey İsayev, Toral Bayramov, Ramil Şeydayev və Renat Dadaşov çıxacaqlar.

Bu gün Stokholm şəhərindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, F qrupunun ilk turunda hər iki komanda böyük hesabla məğlub olub. Belə ki, Azərbaycan millisi səfərdə Avstriya yığmasına 1:4, İsveç isə doğma meydanda Belçikaya 0:3 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR