Putinə növbəti zərbə -

Rusiya Qəhrəmanı Dmitri Lissitski Ukraynada “xüsusi hərbi əməliyyat” zonasında həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Blaqodarnenski rayonunun rəhbəri Aleksandr Tenkov açıqlama verib. Tenkov iddia edib ki, Dmitri Mixayloviç Lissitski döyüşlər zamanı həlak olub. Bəzi mənbələr isə yazır ki, Rusiya ordusunun 247-ci Hava Hücum Alayının 2-ci batalyon komandiri polkovnik-leytenant Dmitri Lissitski Rusiyanın Stavropol şəhərindəki evində ölü tapılıb. Onun Ukrayna kəşfiyyatı tərəfindən öldürüldüyü iddia edilib. Dmitri Lissitski Prezident Vladimir Putinin əmri ilə döyüş bölgəsində göndərilmişdi.

Qeyd edək ki, Dmitri Lissitski dəfələrlə hərbi əməliyyatlarda iştirak edib, cəsarət və şücaət göstərib. Həmçinin Donbasın müdafiəsi əməliyyatında iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR