200 min nəfərin yaşadığı şəhər tam mühasirəyə alındı -

Şimali Koreyanın Çinlə sərhəddə yerləşən Hyesan şəhəri mühasirəyə alınıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkə lideri Kim Çen Inın əmri ilə nəzarətə götürülən şəhərdə 200 min nəfər yaşayır.

Şimali Koreya məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lakin Cənubi Koreyanın iddiasına görə, şəhərin mühasirəyə alınması yoxa çıxan mərmilərlə bağlıdır. Bildirilir ki, hərbi birliklər Çin sərhədindən geri çəkilərkən 653 mərmi itirib. Məlumata görə, mərmilərin hamısı tapılana qədər sakinlərin evlərini tərk etməsinə icazə verilməyəcək. Şəhəri mühasirəyə alan polis sakinlərə məsələ ilə bağlı çağırış edib.

Mərmilərin yerini bilənlər polisə məlumat verilməlidir. Səlahiyyətli şəxslər mərmiləri tapmaq üçün evlərdə axtarışlara başlayıb. Mərmiləri tapıb məlumat verməyənə ağır cəzanın veriləcəyi elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR