Elm dünyasını heyrətə gətirən kəşf -

Alimlər müəyyən ediblər ki, bitkilər insan qulağının eşidə bilməyəcəyi səslər çıxarır. Bitkilər susuzluq və ya stress zamanı bu səsləri artırırlar.

Metbuat.az xəbər verir ki, "The Cell" jurnalında dərc edilən araşdırmaya görə, botaniklər bitkilərin "səssiz canlılar" olmadığını ortaya çıxarıblar. Təl-Əviv Universitetinin Elmlər Fakültəsinin dekanı, professor Lilach Hadany CNN-ə deyib:

"Səsə cavab verən çoxlu orqanizm var, ona görə də düşündüm ki, bitkilərin kar və lal olduğuna inanmaq üçün yaxşı səbəbimiz yoxdur".

Hadany ilk dəfə 6 il əvvəl laboratoriyasında ultrasəs mikrofonu ilə kaktusun səsini qeyd edib. Lakin o, səsin kaktusdanmı, yoxsa ətrafdakı başqa bir şeydənmi olduğundan əmin olmayıb. Tütün və pomidor tinglərinin olduğu qutulara ultrasəs mikrofonları yerləşdirən araşdırma qrupu bəzi bitkilərin müəyyən hissələrini kəsib, bəzilərini susuz qoyub, bəzilərinə isə heç toxunmayıb. Ardınca araşdırma qrupu insan qulağına eşidilməyən 40 ilə 80 kilohers arasında olan səsləri qeydə alıb. Botaniklər onların partlayan qarğıdalı səsinə bənzədiyini bildirib. Həmçinin botaniklər stress altında olan bitkilərin daha çox səs çıxardığını müəyyən edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR