Tural Abbaslı Rövşən Binəqədili ilə bağlı tənqidlərə cavab verdi

Ağ Partiya başqanı Tural Abbaslı öz sosial media şəbəkəsində meyxanaçı Rövşən Binəqədili ilə bağlı bir paylaşım edib. Tural Abbaslının Rövşən Binəqədili ilə görüşməsi, meyxanaçının efirlərə dəvət edilməməsi ilə bağlı çağırış ruhlu rəyi cəmiyyətdə birmənalı qarşılanmadı, müzakirələrə səbəb oldu.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Ağ Partiya başqanı Tural Abbaslı açıqlamasında, paylaşımını tənqidlə qarşılayan insanlara öz reaksiyasın bildirib:

“Mənim fikirlərimin daim tərəfdarları da olacaq, əleyhdarları da. İstər mədəniyyət sahəsi, istərsə də, siyasi cəbhədə daim münaqişələr özün göstərməkdədir.

Rövşən Binəqədili də daxil olmaqla hər bir meyxanaçının, incənət xadiminin sevənləri də var, tənqid edənləri də. Bu cür məsələlər vətənpərvərlik hissinin olub-olmaması ilə bağlıdır. Burda əsas məsələ Rövşənin II Qarabağ müharibəsində səsləndirdiyi mahnıya biganəlikdədir.

Amma nəzər yetirsək görərik ki, həmin zaman çərçivəsində bu günün tənqidçiləri məhz bu mahnını dinləyirdi. Əsgərlərimiz döyüş cəbhəsinə onun musiqisinin sədaları altında gedirdi. Elə şəhidlərimiz də var ki, onların bu ifa ilə görüntüləri belə var. “Can gedirik almağa” mahnısı o dövr üçün yetəri qədər fenomen idi.

Bu cür insan niyə kənarda qalmalıdır? Mən demirəm e, durub buna “xalq artisti” fəxri adı verilsin. Bu gün efirlərimizi zəbt edən müğənnilər, meyxanaçılar, yaxud ekspertlər güya efirdə olmaq şansına layiqdirmi? Efirlərdə rəy bildirən ekspertlər qədər yoxdur ki, bu insan?

Mən düşünürəm ki, zəmanədə bir sıra şəxslər var ki, onlar istər gənclər olsun, istərsə də, digər insanlar da vətənpərvərlik hissinin formalaşmasın istəmir. Müjgan Ayxanın “Rəisim” mahnısına milyonlarla baxış gəldi, hətta trendə belə düşdü. Bu mahnı onun qədər yoxdurmu?

Nolar ki, indi Qarabağ, Azərbaycan ifadələrin irəli sürən insanlarıda efirlərə çıxarsalar. Bizi bəyənən də sağ olsun bəyənməyən də”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR