"Azərbaycan İranın hərəkətlərinə görə BMT-yə şikayət edə bilər" -

"Azərbaycan İranın hərəkətlərindən BMT-yə və Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib, eyni zamanda Tehrandakı səfirliyimizdə törədilən ölüm ilə nəticələnən və millət vəkilinə qarşı terror aktlarının təşkilatçısı, cavabdehi olduğu üçün təzminat tələb etməlidir".

Bu açıqlamanı Metbuat.az-a siyasi şərhçi Azər Qasımov edib. O hesab edir ki, İran rəsmilərindən bu işlərə cavabdeh olanlar barəsində beynəlxalq axtarış elan edilməlidir.

"Beynəlxalq aləm beynəlxalq və regional təhlükəsizliyə təhlükə törədən İran üzərində təzyiqlərini artırmalıdır. İran hərəkətlərinin cavabsız qalmayacağını görməli və öz üzərində real hiss etməlidir. Azərbaycan İran dövlətinin təhrikedici addımlarının qarşısını öncədən almaq üçün beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərməlidir. İran rejiminə siyasi və iqtisadi təzyiqlərin artırılması üçün dost və müttəfiq ölkələrə açıq şəkildə müraciət edilməli, onlara İran rejimi ilə əlaqələrinə yenidən baxmaq təklif edilməlidir, xüsusilə də, Türkiyə və Pakistana".

Ekspert qeyd etdi ki, hər cür əxlaqdan yoxsul rejim olan İranın başında dayananların olduğunu bildiyimizə görə işimizi ehtiyatlı tutmalıyıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR