Ukrayna Rusiya əsirliyindən 12 vətəndaşını qaytarıb

Bazar ertəsi, aprelin 3-də Ukrayna Rusiya əsirliyində olan daha 12 vətəndaşını qaytarıb. Onların arasında 10 hərbçi və 2 mülki vətəndaş var.

Metbuat.az bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahının bəyanatına istinadla xəbər verir.

Məlumatda deyilir: “On müdafiəçi əsgər və çavuş heyətinə aiddir. Onlar xüsusən, Baxmut, Donetsk vilayətinin Opıtnoe və Orexovo-Vasilyevka kəndləri, Luqansk vilayətinin Kremennaya və Krasnopopovka yaşayış məntəqələrinin yaxınlığında gedən döyüşlərdə əsir götürülüb”.

Qeyd edək ki, genişmiqyaslı işğalın başlanmasından sonra artıq 2005 ukraynalı əsirlikdən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR