Milli musiqilərimiz gənclərin ifasında təbliğ olunur -

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Vətən üçün oxu” layihəsi çərçivəsində fəaliyyətlərə start verilib.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib ki, layihə çərçivəsində gənc musiqiçilər Azərbaycanın müxtəlif regionlarına səfər ediblər. İsmayıllı, Şəki, Qax və Qəbələ rayonlarında baş tutan səfər müddətində milli yaradıcılıq nümunələrindən olan “Sarı Gəlin”, “Fəridəm”, “Getmə, gəl” kompozisiyaları gənclərin ifasında lentə alınıb. Həmçinin bildirilib ki, layihədə balaban, tar, kamança və nağara kimi milli musiqi alətlərimizdən də istifadə olunub. Qarşıdakı günlərdə çəkilişlər Bakı şəhərində də həyata keçiriləcək.

Qeyd edək ki, “Vətən üçün oxu” layihəsi Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir. Layihənin əsas məqsədi Azərbaycan musiqisini, habelə milli musiqi alətlərimizi təbliğ etmək və istedadlı gənclərimizin tanıdılmasında yardımçı olmaqdır. Lentə alınmış materialların daha sonra videoçarx halına gətirilərək müxtəlif sosial media platformalarında yayımlanması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR