İlon Mask "sərçə"ni niyə "it"ə dəyişdi?

Məlum olduğu kimi, "Twitter"in sahibi İlon Mask bu sosial şəbəkə platformasınını loqosunu dəyişib.

Metbuat.az xəbər verir ki, Mask "sərçə"ni "it"lə əvəz edib. Sərçə loqosu "Dogecoin"lə (kriptovaluyta) dəyişdirilməsindən sonra bu kritovalyutanın dəyəri 30%-ə dək artıb.

Milyarder iş adamının bu addımı hansı səbəbdən atdığı isə hər kəsi maraqlandırır.

Xarici KİV-in məlumatına görə, Mask "Dogecoin" istifadəçiləri tərəfindən saxtakarlıqda günhalnadırılır. Maskın vəkilləri məlumatı yalanlasalar da, iddiaçıların 258 milyard dollar təzminat tələb etdikləri iddia edilir.

Loqo dəyişikliyinin məhz bu iddiaya görə edildiyi təxmin edilir.

Məlumat üçün qeyd edək ki, kriptovaluytanın üzərindəki 2010-cu ildə yapon müəllimi Atsuko Sato şəxsi bloqunda paylaşdığı Şiba-İnu Kabosu itidir. İtin fotosu həmin ildə paylaşıldıqdan sonra insanlar tərəfindən çox bəyənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR