İran və Səudiyyə Ərəbistanı münasibətləri bərpa edir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Çinin paytaxtı Pekində görüşüblər.

Metbuat.az xəbər verir ki, görüş iki ölkənin xarici işlər nazirləri arasında 7 ildən sonra ilk görüş olub.

İki ölkə səfirliklərin açılması, iki ölkə arasında uçuşların yenidən başlaması və qarşılıqlı vizaların asanlaşdırılması barədə razılığa gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR