Məhəmməd uşaq evinin direktoru ilə görüşdü:

3 saylı Uşaq Evi ilə bağlı şikayəti ilə gündəm olan Məhəmməd direktor Məhbubə Hüseynova ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Tarix Əliyev məlumat verib.

Məhbubə Hüseynova bildirib ki, Məhəmmədi xəstəxanaya qardaşı yerləşdirməyib:

"Xeyr, onu xəstəxanaya Əli yerləşdirməyib. O, özünə qapanmağa başladı. Dedi ki, intihar edəcəm. Mənə ayrıca yer verin. Mən də polis bölməsinə müraciət etdim ki, Məhəmmədi 1 saylı xəstəxanaya yerləşdirək və orada müvəqqəti 1 həftə müalicə alsın, əsəbləri sakitləşsin. Burada Əlilik heç nə yoxdur. Məhəmməd həmişə qabaqdangəlmiş danışır. Amma elə deyil. Ana ilə bala arasında nə ola bilər. Uşaq şikayət də edə bilər, dəcəllik də. Ancaq intihar sözü məni çox qorxutdu. Məhəmməd 8 yaşından burdadır. Çox mehribanıq. Hara gedirdisə, qucaqlayırdı. İndi də elədir".

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR