Varis Yolçuyev baş direktor təyin olundu

Azərbaycan Ədəbiyyat Fonduna yeni baş direktor təyin olunub.

Metbuat.az-ın məlumatına görə, bu vəzifəyə tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü yazıçı Varis Yolçuyev gətirilib.

Qeyd edək ki, Varis Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Beynəlxalq Yazıçılar Gildiyasının ("İGOW Berlin”, Almaniya), PEN klubun ("PEN İnternational”, İngiltərə) üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR