Xaçmazda faciə -

Fövqəladə Hallar Nazirliyi Xaçmaz baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

09:57

Xaçmazın Yalama kəndində ər və arvadı yaşadıqları evdə yanaraq ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Taqverdiyev Aslan Balasultan öğlu və həyat yoldaşı 1965-ci il təvəllüdlü Taqverdiyeva Rumayə Atakişi qızı yaşadıqları fərdi yaşayış evində yanmış halda tapılıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR