Direktor təyin edilən Xalq artisti:

Azərbaycanın Xalq artisti, opera müğənnisi Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olunması ilə bağlı öz “Instagram” səhifəsində paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilir: “Əziz dostlar, çoxunuza məlum olduğu kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına rəhbərlik mənə həvalə olunub.

Belə yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm. Mən tam əminəm ki, biz hamımız birlikdə ölkəmizdə opera və balet sahəsini inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Mənə dəstək olan və mənə inanan hər kəsə təşəkkür edirəm.

Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə mədəniyyətin inkişafına daim böyük diqqət yetirir, mədəniyyət xadimlərinə dəstək verir, həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda həyata keçirilən çox sanballı layihələrə dəstək olurlar. Əminəm ki, biz birlikdə teatrımızı tamamilə yeni beynəlxalq səviyyəyə çıxaracağıq”, - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktoru qeyd edib.

Xatırladaq ki, aprelin 7-də mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli Azərbaycanın Xalq artisti Yusif Eyvazovu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR