Xalq artisti Azərpaşa Nemətovdan danışdı:

“Azərpaşa Nemətov bizim Gənc Tamaşaçılar Teatrının baş rejissoru olub. O vaxtlar teatrımızın binası yox idi, “Aktyor Evi”ndə işləyirdik. Onun "Sabah çoxdan başlanır" və "26-lar" tamaşalarında oynamışam. Gözəl rejissor və gözəl insan idi. Mənim xatirimdə belə qalıb”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Xalq artisti Nübar Novruzova deyib. Azərbaycanın teatr rejissoru, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Azərpaşa Nemətovun vəfatından çox kədərləndiyini bildirən aktrisa deyib ki, o, özünəməxsus xüsusiyyətləri olan insan idi:

“Allah ona rəhmət etsin. Ailəmizdə hər kəs çox kədərləndi bu xəbərə, həyat yoldaşımla bir məhəllədə, bir binada yaşayıblar, uşaqlıq dostu olublar, ona da çox pis təsir etdi. Sonuncu dəfə mart ayında görüşdük, dedim gəlin bir şəkil çəkdirək, heç fotomuz yox idi ona qədər”.

Nübar Novruzova həmçinin dünən vəfat edən aktrisa İrana Tağızadə barədə də danışıb:

“İrana Tağızadə ilə universitetdə bir yerdə oxumuşam. Demək olar 4 il bir parta axrasında oturmuşuq. Allah ona da rəhmət eləsin. Çox istedadlı qız idi, hələ universitet vaxtlarından bilinirdi. Heç kəslə işi yox idi, öz dünyası var idi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR