İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupunun ("AD Ports Group") baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi ilə video formatda görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə nazir "Tviter"də bildirib.

"Görüşdə qurumla ölkəmiz arasında əməkdaşlıq perspektivləri, biznes və investisiya imkanları barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.