Byazi AFFA-nın iclasını tərk etdi -

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Milli assosiasiyadan Metbuat.az-a verilən məlumata görə, toplantıda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi tərəfindən AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya (1:4) və İsveç (0:5) yığmalarına qarşı keçirilmiş oyunlarla bağlı ətraflı hesabat təqdim olunub.

Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinin üzvləri tərəfindən uğursuz nəticələrlə əlaqədar baş məşqçiyə iradlar səsləndirilib, hər iki oyunun ciddi təhlil olunmasının, yol verilmiş səhvlərin gələcək matçlarda təkrarlanmamasının vacibliyi bildirilib.

Eyni zamanda, qeyd olunub ki, yığmaya cəlb olunan futbolçuların millinin oyunlarına daha məsuliyyətlə yanaşması, qarşılaşmalara hazırlıq və oyunlar zamanı vətənpərvərlik hisslərinin yüksək olması və klubların da bu prosesdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi vacibdir.

İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov rəhbərlik etdiyi federasiyanın fəaliyyəti barədə qısa məlumat verib, futzal üzrə milli komandanın heyətinin komplektləşdirilməsi və ölkə çempionatı ilə əlaqədar təkliflər səsləndirib.

İclasın sonunda Klublar Komitəsi tərəfindən İcraiyyə Komitəsinə ünvanlanmış təkliflər barədə məlumat verilib. Müvafiq təkliflərə yaxın günlərdə münasibət bildiriləcəyi qeyd olunub.

12:28

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.

Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, "Report"a verdiyi açıqlamada bildirib ki, Tbilisi - Bakı üzrə səhər reysi təxirə salındığı üçün Gürcüstandan gələ bilməyib.

Qurumun İcraiyyə Komitəsinin üzvü Zaur Axundov açıqlama verib. O bildirib ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi postunda qalacaq.

O bildirib ki, italiyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR