Qonaqlara "əziyyət" vermədilər -

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində baş tutan "Mançester Yunayted" - "Sevilya" qarşılaşması dramatik keçib.

Metbuat.az-ın məlumatına görə, "Mançester Yunayted" ilk hissədən sonra hesabda öndə olsa da, ikinci yarıda qələbəni əldən veriblər. Hər iki cavab qolu avtoqol kimi qeydə alınıb.

UEFA Avropa Liqası
1/4 final, ilk oyun

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya) - 2:2
Qollar:
Marsel Zabitser, 14; 21 - Tyrell Malasia (avtoqol), 85. Harri Maquayr, 90+3 (avtoqol)

Qeyd edək ki, cavab matçları aprelin 20-də keçiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR