Qızı Xalq artistinin son vəziyyətini açıqladı -

Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Metbuat.az xəbər verir ki, bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.

"Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır", - sənətçinin qızı əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR