Nazir təyin olunan Adil Kərimlinin

Xəbər verdiyimiz kimi, Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.

Metbuat.az xəbər verir ki, 22 oktyabr 1979-cu il təvəllüdlü Adil Kərimli Qabil oğlu 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr diplomu ilə bitirib; 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquq magistri (“cinayət hüququ, cinayət prosesi və kriminalistika” ixtisası üzrə) diplomu ilə bitirib; May 2007-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalologiya kafedrasının hüquq elmləri namizədi (Ph.D) “Qətllərin kvalifikasiyasında motivlərin rolu” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1999-2001 Hüquq məsləhətçisi Hüquq ədəbiyyatı mətbəəsində çalışıb; 2001-2003-cü illərində Bakı Hüquq Mərkəzinin baş hüquq məsləhətçisi olub; 2004-cü ildən indiyədək Azərbaycan Vəkillər Kollegiyasının vəkilidir. 2001-ci ildən indiyədək müəllimlik fəaliyyətiylə məşğuldur. 9 elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir.

2008-ci ildə "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub. 2012-ci ildə Bakının "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb.

Evlidir.

Qeyd edək ki, Adil Kərimli 2021-2022-ci ildə nazir olan Anar Kərimovu əvəz etdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR