Prezidentin Bosniya və Herseqovina səfəri:

Xəbər verdiyimiz kimi, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatıb.

Bu səfərin gündəliyini şərh edən politoloq Turan Rzayev Metbuat.az-a bildirdi ki, rəsmi Sarayevonun da bu gün ölkəmizdə səfirlik açmaq qərarına gəlməsi şübhəsiz iki ölkə münasibətlərinin inkişafına gətirib çıxaracaq.


Turan Rzayev

"Bakı və Sarayevo arasında qardaşlaşma sazişi Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında münasibətlər kifayət qədər köklü bir keçmişə sahibdir. Rəsmi Sarayevo Azərbaycanın müstəqilliyini 9 fevral 1995-ci ildə tanımış, elə həmin gün etibarilə də iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycanın Bosniya və Herseqovinada Diplomatik Nümayəndəliyi 1 mart 2011-ci ildə təsis olunmuşdur. İki ölkə tarixində ən diqqətçəkən məqam isə şübhəsiz 1972-ci ildə hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişinin imzalanmasıdır. Məhz o vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır".

Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb

Politoloq son illərdə Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşdiyini xatırladaraq ifadə etdi ki, Bosniya və Herseqovina 44 günlük ikinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra da Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyib.

İlham Əliyevin Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri ilə görüşü olub

"Rəsmi Sarayevo beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qəbul edilməyə çalışılan qətnamə və sənədlərə qoşulmadığı kimi əleyhinə də çıxış edir. Səfirliyin açılması Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda mətbuata bəyanatlarla çıxış ediblər. Çıxış zamanı xanım Tsviyanoviç bildirib ki, Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmaq niyyətindədir. “Çox şadıq ki, Azərbaycan artıq Bosniya və Herseqovinada səfirliyini açmışdır və mən məmnuniyyətlə qeyd edə bilərəm ki, biz də ölkəmizin Bakıda səfirliyini açmaq qərarına gəlmişik. Biz bunu həyata keçirəcəyik və bu məsələ ilə bağlı da cənab Prezidentə məlumat vermək istəyirəm ki, biz hər üç üzv yekdil qərar verdik ki, Bakıda səfirliyin açılması vacibdir” - Jelka Tsviyanoviç deyib. Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi fəaliyyət göstərir. Rəsmi Sarayevonun da bu gün ölkəmizdə səfirlik açmaq qərarına gəlməsi şübhəsiz iki ölkə münasibətlərinin inkişafına gətirib çıxaracaq".

Politoloq onu da qeyd etdi ki, Bosniya və Herseqovina ilə həm enerji, həm də neftdən kənar sektorlar üzrə əməkdaşlıq imkanları var.


"Bosniya və Herseqovina da Azərbaycandan qaz almaq niyyətində olan ölkələrdəndir. Bu İon-Adriatik kəmərinin TAP-a inteqrasiyası ilə mümkündür. İki ölkə bu istiqamətdə razılığa gəlsə bu Azərbaycan qazının Bosniya və Herseqovinaya nəql edilməsi deməkdir. Bu həm də Avropa bazarına əlavə 5 milyard kubmetr qazın nəql edilməsi deməkdir. Çünki İon-Adriatik kəmərinin ötürücülük qabiliyyəti 5 milyard kubmetrdir. Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerjiyə olan asılılığını nəzərə alsaq Bosniya və Herseqovina ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi həm də Avropanın enerjiyə tələbatının ödənilməsinə xidmət edəcək".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR