Əşrəf hakimi sərvətini ələ keçirməyə çalışan arvadına inanılmaz plan qurdu

Həyat yoldaşından boşanan PSJ-nin futbolçusu Əşrəf Hakimi barədə maraqlı məlumat üzə çıxıb.

Metbuat.az xəbər verir ki, Əşrəf Hakiminin həyat yoldaşı Hiba Abuk boşanmaq üçün məhkəməyə müraciət edib. Hiba Abuk Əşrəf Hakiminin sərvətinin yarısını istəyib. Lakin məlum olub ki, Hakiminin adında heç bir mülk yoxdur. Futbolçunun demək olar ki, bütün sərvəti anasının adınadır. Bildirilir ki, futbolçu aylıq maaşının 80%-i anası Səidə Moxun hesabına köçürür. Üstəlik, bütün əmlakları da onun adınadır.

Əşrəf aldığı hər şeyi anasının adına qeydiyyatdan keçirib. Belə olan halda Hakiminin arvadı ilə bölüşdürəcək heç bir şeyi yoxdur. Məlumata görə, Əşrəf Hakiminin adı təcavüz qalmaqalında hallanıb. Hiba Abuk isə hələ bu qalmaqal üzə çıxmazadan əvvəl məhkəməyə müraciət edibmiş.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR