Ermənistan ordusunun əsgəri özünü güllələyib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əsgər ona təhkim olunmuş silahdan açılan atəş nəticəsində yaralanıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin başvermə şəraiti araşdırılır.