Qəbələ və Qubada həyətyanı sahədə aşkarlanan kömür quyuları ləğv edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Qəbələ və Quba rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 3 kömür quyusu aşkarlanıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Metbuat.az-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonu, Nic qəsəbə sakinləri Qurban Mehdiyev, Mixail Xalatov və Quba rayonu, Vladimirovka kənd sakini Mövsüm Mursəliyev olduğu müəyyən edilib.

Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR