“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”.

Metbuat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

O bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır:

“Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər”.